Sabirabadda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi keçirilmişdir

Noyabrın 13-də ulu öndərin adını daşıyan parkda 500 nəfərdən çox sabirabadlı Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasiminə toplaşmışdı. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev partiyanın 20 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş və yubiley ərəfəsində mərkəzin təməlinin qoyulmasını əlamətdar hadisə adlandırmışdır. 
Tədbirdə çıxış edən YAP rayon təşkilatının veteranı Salamulla Abdullayev, gənc müəllim Sadiq Məmmədov Heydər Əliyev Mərkəzinin tikintisini sabirabadlıların ulu öndərin irsinə hörmət və sevgisindən irəli gəldiyini vurğulamışlar.
YAP Siyasi Şurasının üzvü, rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin ölməz ideyalarından danışmışdır. O bildirmişdir ki, bu gün ulu öndərin bizə ərməğan etdiyi yol şərəfli və işıqlı yoldur. Hörmətli Prezidentimiz İlham Əliyev bizi bu yolla gündən-günə daha böyük qələbələrə yaxınlaşdırır.
Natiq çıxışının sonunda demişdir ki, dahi rəhbərin irsini mükəmməl öyrənmək hər birimizin borcudur. Bu gün müqəddəs bir binanın təməli qoyulur. Bu bina Vətənini, millətini sevən hər kəs üçün müqəddəs və əziz bir məkan olacaqdır.
Sonra Seyid Rəsul Ağa ocağının varisi Mir Həmid Ağanın xeyir-duası iıə mərkəzin təməli qoyulmuşdur.
Mərkəzin tikinti sahəsi 1220, ümumi sahəsi 3600 kvadratmetrdır. Yeni binanın foyesində ulu öndərin büstü qoyulacaq, burada onun həyat və fəaliyyətini əks etdirən muzey, 250 yerlik konfrans zalı, elektron kitabxana, 9 müxtəlif təyinatlı dərnəklər üçün otaqlar, o cümlədən iş və xidmət otaqları nəzərdə tutulmuşdur. Ümumilikdə park yenidən qurulacaqdır. Mərkəz umummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ərəfəsində istifadəyə veriləcəkdir.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xadq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında