"Kapital Bank"ın maaş kartları sahibləri üçün keçirilən "Bazar olsun" kampaniyası müvəffəqiyyətlə başa çatdı

"Kapital Bank"ın 1 dekabr 2009-cu il tarixdə başlamış "Bazar olsun" adlı kampaniyası müvəffəqiyətlə başa çatmışdır. Bankın maaş kartları sahibləri üçün keçirilən bu kampaniya 31 may 2010-cu il tarixdə başa çatmış və son həftələr ərzində Bankda kampaniyanın yekunları gözdən keçirilmişdir.
Kampaniyanın mahiyyəti ondan ibarətdir ki, maaş kartları sahibləri ticarət və xidmət müəssisələrində kart vasitəsilə ödəmələr edir və kampaniyanın qalibi olmaq şansını qazanırlar. Qaliblər tranzaksiyaların məbləğinə əsasən deyil, sayına görə müəyyənləşdirilmişdir. Kampaniya çərçivəsində hər bir tranzaksiya 5 AZN-dən az olmamalı idi. Sayca ən çox tranzaksiyalar keçirmiş 9 ən fəal iştirakçi mükafat sahibi olacaqdır.
Mükafatlar 25 iyun 2010-cu il tarixdə "Kapital Bank"ın Baş Ofisində - Füzuli küçəsi, 71 nömrəli ünvanda təqdim olunacaqdır. Kampaniyanın ən fəal iştirakçısı Super Priz, yəni balansı 2 000 manat olan MasterCard Standard kartı ilə mükafatlandırılacaqdır. Növbəti 3 fəal iştirakçı balansı 800 manat olan MasterCard Standard kartı ilə mükafatlandırılacaqdır və qalan 5 fəal iştirakçi balansı 500 manat olan MasterCard Standard kart ilə mükafatlandırılacaqdır.
Göstərilən məbləğlərdən müvafiq qaydada vergi tutulacaqdır. "Kapital Bank" kampaniyanın qaliblərini mükafatlandırma mərasimi barədə məlumatlandıracaqdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında