Horadiz sərhəd dəstəsinin ərazisində "1-ci Şahsevən" sərhəd komendantlığı istifadəyə verilmişdir

Noyabrın 16-da Horadiz sərhəd dəstəsinin xidməti ərazisində yenidən inşa olunmuş "1-ci Şahsevən" sərhəd komendantlığının açılışı olmuşdur. 
AzərTAc xəbər verir ki, açılış mərasimlərində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev komendantlığın istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik etmiş, xidmətlərində uğurlar arzulamışdır.
Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, sərhəd mühafizəsi də bu gün dinamik inkişaf edir. Sərhəd Qoşunlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, zabit və gizirlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür, Sərhəd Qoşunları gündən-günə daha da qüdrətlənir.
Mərasimdə çıxış edən hərbi hissənin komandiri, polkovnik -leytenant Zaur Zeynalov Horadiz sərhəd dəstəsinin xidməti və döyüş fəaliyyəti haqqında məruzə etmişdir. Məlumat verilmişdir ki, cari ilin avqust ayında sərhəd dəstəsinin 5 sərhəd zastavası yenidən inşa olunaraq istifadəyə verilmişdir. Hazırda sərhəd dəstəsi qarnizonunda tikinti-təmir işləri, hərbi hissədə 5 binadan ibarət 105 mənzilli yaşayış şəhərciyinin, hərbi xəstəxananın tikintisi davam etdirilir.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra Elçin Quliyev yeni inşa edilmiş iki mərtəbəli 200 yerlik əsgər yataqxanası, zabit və gizirlər üçün yaşayış binası, əsaslı təmir edilmiş qərargah binası, hamam, camaşırxana, komendantlığa məxsus texnika və anbarlardan ibarət texniki binalarla tanış olmuşdur.
Bildirilmişdir ki, 24 mənzilli yaşayış binası mebel və lazımi məişət avadanlığı ilə təmin olunmuşdur. Yaşayış binasının həyətində də abadlıq işləri aparılmış, istirahət köşkləri qoyulmuşdur.
Sərhədçi ailələri yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Sərhəd komendantlığı kompleksi ilə tanışlıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev əsgərlərlə birlikdə nahar etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında