Leyla Əliyeva: Azərbaycanda ekoloji proqramlara və layihələrə böyük diqqət yetirilir

Noyabrın 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın təsisçisi Leyla xanım Əliyeva Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Qafqaz ofisinin regional direktoru Georgi Sanadiradze ilə görüşmüşdür.
İDEA və UNEP-in əməkdaşlığı ilə reallaşdırılan "Yaşıl həftə" layihəsi çərçivəsində keçirilən görüşdə ölkəmizdə İDEA təşəbbüsü ilə icra olunan layihənin əhəmiyyəti vurğulanmış, bu istiqamətdə görülən işlər yüksək qiymətləndirilmişdir.
İDEA-nın təsisçisi Leyla xanım Əliyeva beynəlxalq kampaniyanın cəmi bir il mövcud olmasına baxmayaraq, ətraf mühitin, o cümlədən nadir növ heyvanların müdafiəsi sahəsində bir çox işlər görüldüyünü bildirmiş, Azərbaycanda ekoloji proqramlara və layihələrə böyük diqqət yetirildiyini qeyd etmişdir.
Görüşdə, həmçinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, gələcəkdə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılmışdır.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında