Beynəlxalq Kazak Akademiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "Qəhrəmanın Qızıl Ulduzu" ilə təltif etmişdir

Ukrayna kazak təşkilatlarının da daxil olduğu Beynəlxalq Kazak Akademiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "Qəhrəmanın Qızıl Ulduzu" ali kazak ordeni ilə təltif etmişdir.
Azərbaycan Kazaklar İttifaqının atamanı Viktor Mereşkin bu barədə noyabrın 16-də İnterfaks-Azərbaycan informasiya agentliyində keçirilmiş mətbuat konfransında məlumat vermişdir.
Beynəlxalq Kazak Akademiyasının prezidenti, ordu generalı Mixaylo Yamnenko tərəfindən imzalanmış qərarda bildirilir ki, Prezident İlham Əliyev bu ordenə kazak xalqına göstərdiyi fəal köməyə, Azərbaycan və Ukrayna xalqları arasında dostluğun möhkəmləndirilməsinə, elmin inkişafına, mədəni ənənələrin, mənəvi dəyərlərin dirçəldilməsinə verdiyi töhfəyə və kazak təşkilatlarını dəstəklədiyinə görə layiq görülmüşdür. Ordenin mərkəzində Boqdan Xmelnitskinin gerbinin stilizə edilmiş təsviri vardır, W hərfi isə iradə və mətinlik rəmzidir.
V.Mereşkinin sözlərinə görə, Mehriban xanım Əliyeva da kazakların mükafatına layiq görülmüşdür. "Siçevlavskoye voysko Zaporojskoye" Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı ali "Kazak şöhrəti" ("Kazatskaya slava") mükafatına təqdim etmişdir. Təltif vərəqində göstərilir ki, Mehriban Əliyeva "mərhəmətinə, xeyirxahlığına, xalqların rifahı naminə yorulmaz fəaliyyətinə və kazaklara göstərdiyi köməyə görə" təltif olunmuşdur.
V.Mereşkin qeyd etmişdir ki, bu orden unikal eksklüziv icrada, bir nüsxədə, təkrarlanma hüququ olmadan hazırlanmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında