Tbilisidə azərbaycanlı alim-şairin "Arazbarı" kitabının təqdimatı keçirilmişdir

Tbilisidəki "Qafqaz evi"ndə filologiya üzrə fəlsəfə doktoru, şair Sona Vəliyevanın "Arazbarı" şeirlər kitabının təqdimat mərasimi keçirilmişdir. 
Tədbirdə Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbir "Azərbaycan-gürcü mədəni əlaqələrinin inkişafında poeziyanın rolu" layihəsi çərçivəsində baş tutmuşdur.
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova demişdir ki, gürcü ictimaiyyəti ilə görüşlərdə onlarda Azərbaycan poeziyası, alimləri və mütəfəkkirlərin yaradıcılığı ilə tanışlığa böyük maraq olduğunun şahidi olmuşam. Sevil Vəliyevanın "Arazbarı" kitabının Tbilisidə təqdimatı həmin istəkdən irəli gəlmişdir. Çünki onun yaradıcılığının əsas mövzusunu Vətən, milli dəyərlər, bəşəri eşq, qaçqınlıq-köçkünlük problemləri təşkil edir. Bir məsələni də vurğulamaq yerinə düşər ki, Azərbaycan kimi, Gürcüstanın da ərazi bütövlüyü pozulmuş, minlərlə adam öz vətənində qaçqınlıq və köçkünlük həyatı yaşayır. Bu dərd də bizi birləşdirən amillərdəndir.
Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət tədbirin qayəsinin mədəniyyətlərimizlə daha dərindən tanış olmaq, Bakıda gürcü, Tbilisidə isə azərbaycanlı yazarların əsərlərinin, poeziya nümunələrinin təbliğinə xidmət göstərmək olduğunu qeyd etmişdir.
Təqdimat mərasimi iştirakçılarda böyük maraq doğurmuşdur.

{nl}


İslam ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Tbilisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında