"Azərlotereya" 43 150 və 75 020 manatı sahiblərinə təqdim etdi

Lotereyasevərlər yeni il ərəfəsində daha 5 avtomobilə sahib ola bilərlər 
Oktyabr ayı lotereya həvəskarlarının yaddaşında unikal bir ay kimi qalacaq. Ötən yazımızda Toyota "Prado"nun xoşbəxt sahibi, Kürdəmir sakini Fərzəliyev Fərzəli haqqında ətraflı məlumat vermişdik. İndi isə digər iri uduş sahibləri ilə də tanış olaq. "5/36" lotereyasında 43 150 manat məbləğində "Cek Pot"a Şəki rayonu Oxud kənd sakini Məmmədov Telman Əsabəli oğlu sahib oldu. 43 yaşlı, iki oğul atası, Telman Məmmədov sürücü işləyir, "5/36" və "6/40" oyunlarında müntəzəm olaraq iştirak edir.
75 000 manat məbləğində "Fortuna" uduşu haqqında danışmazdan əvvəl, ilin ən iri uduşlarından (məsələn, 50000 manatdan çox olan) bir neçəsini yada salaq. İlin əvvəlində "Uğur" lotereyasında 55000 manat udan Astara sakini Əliyev Eldarın ardınca mart və may aylarında Lənkəran sakinləri Cəfərov Samir 66900 və Sadıxov Şahin 60 200 manata sahib oldular. Şəki sakini İsmayılov Elnurun 56524 manat udması ilə qədim Şəkiyə keçən uduş estafetini, Məmmədov Telman 43150 manatla cəmisi bir neçə gün davam etdirə bildi. Oktyabr ayında Saatlı rayonu Xanlarkənd sakini Əliyev Ələsgər Abbasəli oğlu "Binqo" lotereyasında 75020 manat məbləğində "Fortuna"nı udmaqla (yeri gəlmişkən Toyota "Prado" da Kürdəmirə istiqamət aldı) uduş coğrafiyasını dəyişdi. Ən əsası isə o, ilin uduş rekordunu müəyyən etdi. 61 yaşlı Ələsgər Əliyev var-dövlət deyəndə, yalnız 4 övlad və 7 nəvəsini göstərə bilər. Ömrü boyu fəhləlik edən Ələsgər gizlətmir ki, maddi sıxıntı çəkirmiş, tanışlarının etirafına görə ilin ən böyük uduşunun məhz ona qismət olması Allahın işidir.
75 min manat çoxmu böyük məbləğdir? Bizdə uduş sahibləri, nə qədər udduqlarından asılı olmayaraq, adətən "az ya çox, Allahın qisməti budur" deyirlər. Uduşun həcmi biletlərin sayından, bu isə əhalinin sayından, lotereya bazarının miqyasından və s. asılıdır. Məsələn, dünyanın ən böyük lotereya bazarı olan ABŞ-da lotereya oyunlarına il ərzində adambaşına 170 dollar xərclənir. Sinqapurda bu rəqəm 423 dollar, Rumıniyada 50 dollara yaxındır. Avstraliyada əhali illik gəlirinin 5 faizini lotereya oyunlarına sərf edir. Ekspert rəylərinə əsasən hesab edilir ki, Rusiyada leqal lotereya oyunlarına hər il adambaşına 2-3 dollar xərclənir. Bununla belə, lotereya bazarı çoxsaylı operatorlar arasında bölündüyündən, burada ən böyük uduş 1 milyon dollar 2001-ci ildə Ufa şəhərində "TV Binqo-şou" oyununda qeydə alınıb. 150 milyon nəfərə yaxın əhalisi olan Rusiya ilə müqayisədə, Azərbaycan lotereya bazarı üçün 75 min manat normal uduşdur. Həm də qeyd etmək lazımdır ki, son illər "Azərlotereya" ASC-nin keçirdiyi oyunlarda 130000 manata qədər məbləğdə bir neçə uduş sahiblərinə təqdim edilib. Digər tərəfdən, hal-hazırda da "Binqo", "Klassik loto" və "Uğur" kimi oyunlarda əsas uduşlar müvafiq olaraq 142000 və 95000 manat təşkil edirlər. Deməli lotereya həvəskarları ilin uduş rekordunu təzələmək üçün geniş imkanlara malikdirlər.
Lotereyasevərlər ənənəvi oyunlarda oynanılan avtomobillərlə yanaşı, Yeni il ərəfəsində daha 5 avtomobilə sahib ola bilərlər. Bu günlərdə üç yeni layihə lotereya həvəskarlarının ixtiyarına veriləcək. Hər üç oyunda oynanılacaq iri pul uduşları ilə yanaşı, iştirakçıları dekabrın 26-da "Yeni il Sevincləri" lotereyasından Kia "Rio" və yeni Hyundai "Santa Fe", dekabrın 28-də "Qış Möcüzəsi" lotereyasından Dodge "DURANGO", dekabrın 31-də isə "Super Binqo" lotereyasından Volkswagen "Passat" və Kia "Optima" avtomobilləri gözləyir. Yəqin ki, bu avtomobillərlə yeni iliniz daha şən və məzmunlu olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında