Azərbaycan XİN: Ermənistandakı rejim insanlara qarşı ağır cinayətləri davam etdirir

Azərbaycanda həmişə bir çox millətlərin nümayəndələri dinc şəraitdə yaşayıblar və indiyədək Azərbaycan ərazisində təqribən 35 min erməni yaşayır, halbuki Ermənistanda nəinki bir azərbaycanlı qalmayıb, hətta digər xalqların nümayəndələrinin sayı olduqca azdır. Bunu cümə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Ermənistan Prezidenti Serj Sarkisyanın Azərbaycanın ünvanına söylədiyi fikirləri şərh edərkən bildirmişdir.
"Serj Sarkisyan ağır cinayət və ksenofobiyanın nə olduğuna yaxşı bələddir. Ermənistanın Dağlıq Qarabağ ərazisində dinc Azərbaycan əhalisinə qarşı apardığı qanlı etnik təmizləmələri və erməni qüvvələrin Xocalıda törətdiyi ağır cinayəti xatırlamaq kifayətdir", - deyə E.Abdullayev qeyd etmişdir.
Onun sözlərinə görə, Sarkisyan rejimi hazırda artıq ölkədə dözülməz həyat şəraitinə etiraz edən xalqına qarşı cinayət törətməyə davam edir, nəticədə Ermənistanı minlərlə insan tərk edir: "Görünür, məhz bu, Ermənistanda qəhrəmanlıq və azadlıqsevərlik adlanır. Lakin vəziyyətin faciəsini diaspor və bir sıra ölkələrin köməyi ilə azaltmağa çalışmaq erməni xalqının problemini həll etmək anlamına gəlmir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında