Yeni ictimai birlik yaradılmışdır

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası partiyanın Yasamal rayonundakı qərargahında gənc ailələrə sosial və mənəvi dəstək olmaq məqsədilə tədbir keçirmişdir.
Tədbirdə YAP Qadınlar Şurası Yasamal rayon təşkilatının sədri Validə Vəliyeva çıxış edərək bildirmişdir ki, Azərbaycanda gənc ailə quranlara mənəvi və sosial dəstək olmaq lazımdır. Onun sözlərinə görə, ailənin tərkibi güclü dayaqlar üzərində qurulmalıdır. Çünki bu, gənc ailənin inkişafına güclü təkan verə bilər, boşanmaların sayını azaldar.
Sonra isə YAP Qadınlar Şurasının təklifilə partiyanın bazasında "Külfət" ictimai birliyi yaradılmışdır. Həmin birliyin sədri Validə Vəliyeva seçilmişdir. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, müxtəlif qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında