Uruqvay parlamenti nümayəndə heyətinin Azərbaycanın işğal altındakı torpaqlarına qeyri-qanuni səfəri beynəlxalq birlik tərəfindən kəskin şəkildə pislənilməlidir

QHT Əməkdaşlıq Alyansı noyabrın 13-də Ermənistanda səfərdə olan Uruqvay parlamentinin nümayəndə heyətinin Yerevandan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə getməsini qətiyyətlə pisləyən bəyanat yaymışdır.  
Bəyanatda bildirilir ki, Dağlıq Qarabağa səfərlər yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin edilməsindən sonra mümkün ola bilər.
Bəyanatda deyilir: "Uruqvay parlamentinin rəsmiləri artıq ikinci dəfədir ki, beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarına hörmətsizlik nümayiş etdirərək Azərbaycanın işğal altındakı ərazilərinə belə "səfərlər" təşkil edirlər.
Biz bəyan edirik ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı Uruqvay parlamenti xarici əlaqələr komitəsinin üzvü Ruben Martines Uelmonun fikir səsləndirməsi beynəlxalq hüquq normalarına, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupunun 20 ildən artıq davam edən vasitəçilik missiyasına və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə tamamilə ziddir. Əminik ki, erməni lobbisinin təsirinə uyaraq bir neçə deputatın Dağlıq Qarabağa səfər etməsi vəziyyəti dəyişə bilməz. Bu, Uruqvay dövlətinin birmənalı mövqeyi deyildir və biz QHT üzvləri olaraq Uruqvay siyasətçilərindən, vətəndaş cəmiyyəti təmsilçilərindən və dost Uruqvay xalqından bu səfəri pisləyən bəyanatlar verilməsini gözləyirik".
Bəyanatda qeyd edilir ki, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Belə bir vəziyyətdə bəzi Uruqvay rəsmilərinin fərqli mövqe nümayiş etdirmələri ədalətli deyildir. Buna görə də biz Dağlıq Qarabağa səfər edən nümayəndə heyətlərinin üzvlərindən ədalətli mövqe tutmalarını və doğma torpaqlarından didərgin düşmüş bir milyon azərbaycanlını unutmamalarını gözləyirik.
QHT Əməkdaşlıq Alyansı ümidvar olduğunu bildirir ki, Uruqvay nümayəndə heyətinin qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən də kəskin şəkildə qınanılacaq və Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tapacaqdır.
Alyans, həmçinin Uruqvay xalqının Dağlıq Qarabağa səfər edənləri ciddi qınaq obyektinə çevirəcəyinə və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirəcəyinə inandığını bildirir.
Bəyanatın mətni Uruqvay parlamentinə, siyasətçilərinə, vətəndaş cəmiyyəti təşkilatlarına, eləcə də Azərbaycanda fəaliyyət göstərən səfirliklərə və diplomatik nümayəndəliklərə göndərilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında