Avropa Şurası Parlament Assambleyasının həmməruzəçilərinin Azərbaycana səfərinin tarixi açıqlanmışdır

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Jozef Debono Qrex (Malta) və Pedro Aqramunt Font de Mora (İspaniya) noyabrın 25-də Azərbaycana səfər edəcəklər.
AzərTAc xəbər verir ki, həmməruzəçilər dörd gün Bakıda olacaq və Azərbaycanın rəsmiləri ilə görüşəcəklər. Səfərin məqsədi Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin qiymətləndirilməsidir. Bu, Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin icra vəziyyətinə dair hesabatın AŞPA-nın plenar sessiyasına tövsiyə olunmasından əvvəl həmməruzəçilərin bölgəyə son səfəri olacaqdır.
Xatırladaq ki, J.Debono Qrex və P.Aqramunt sonuncu dəfə fevralın 1-3-də Azərbaycanda səfərdə olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında