Səfir Piter BEYTMAN: "Böyük Britaniyanın Azərbaycanda ən iri sərmayəçi statusu ilə fəxr edirik"

Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman Çarlz Henrinin ölkəsinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət nümayəndəsi təyin olunmasını alqışlayıb.
"APA-Economics"in Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin saytına istinadən xəbərinə görə, P.Beytman Azərbaycanla Böyük Britaniya arasında biznes əməkdaşlığının uğurla inkişaf etdiyini bildirmişdir: "Böyük Britaniyanın Azərbaycanda ən iri sərmayəçi statusu ilə fəxr edirik. Britaniya Azərbaycanda əhalinin rifah halının yaxşılaşmasına müsbət təsir edib. İki ölkə arasındakı mövcud əlaqələr onların xeyrinə xidmət edir".
Onun sözlərinə görə, Çarlz Henrinin ticarət nümayəndəsi təyin olunması Azərbaycanla Böyük Britaniya arasında indiyədək qurulmuş uğurlu əlaqələrə əsaslanmaq imkanı verəcək: "Çarlz Henri regionu, o cümlədən Azərbaycanı yaxşı tanıyır. Britaniya şirkətləri Azərbaycanın təkcə neft-qaz sənayesində deyil, inşaat və pərakəndə ticarət sahəsində də çalışırlar. Ümid edirik ki, Azərbaycan şirkətlərinin Britaniya bazarında iştirakı da genişlənəcək".
Qeyd edək ki, noyabrın 12-də Böyük Britaniyanın Baş naziri Devid Kemeron Çarlz Henrini Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət nümayəndəsi təyin etmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında