Berlində keçirilən "Bakıya uçuş" sərgisi rekord sayda ziyarətçi cəlb etmişdir

Heydər Əliyev Fondunun Azərbaycanın Almaniyadakı səfirliyi və "Bakı" jurnalı ilə birgə əməkdaşlıq çərçivəsində Berlində təşkil etdiyi "Bakıya uçuş" sərgisi müvəffəqiyyətlə davam edir.
Xatırladaq ki, sərgi noyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən açılmışdır.
Berlinin məşhur "me Collectors Room" qalereyasında keçirilən və müasir Azərbaycan incəsənətinin nümunələrini əks etdirən bu sərgi Almaniya paytaxtında sənətsevərlər arasında böyük maraq doğurmuşdur. Müasir Azərbaycan incəsənətinin nümunələri ilə tanış olmaq üçün qalereyanı yalnız açılış günü deyil, sonrakı günlərdə də çoxsaylı insan ziyarət etmişdir.
Qalereya rəhbərliyinin məlumatına görə, "Bakıya uçuş" "me Collectors Room"un indiyədək keçirdiyi sərgilər arasında ən çox ziyarətçi cəlb edən sərgisi hesab olunur. Aparılmış müşahidələr zamanı sərgiyə hər gün 300-ə yaxın ziyarətçinin gəldiyi müəyyən edilmişdir. Bildirilmişdir ki, bu, Berlində müasir incəsənət sahəsində bir qalereyada keçirilən xarici sərgi üçün çox yüksək göstəricidir.
Almaniya mediası da "Bakıya uçuş" sərgisinə böyük diqqət göstərir.
Sərgi noyabrın 17-dək davam edəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında