Avtomobillərin arxa yan şüşələrinə pərdə vurulmasına icazə verilmir

Milli Məclsin mətbuat xidmətindən bildirmişlər ki, son vaxtlar bəzi kütləvi informasiya vasitələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının "İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" qanuna istinad edilərkən yanlışlıqlara yol verilir.
Qanunda nəzərdə tutulmadığı halda qeyd edirlər ki, guya avtobusların və minik avtomobillərinin arxa və yan şüşələrinə pərdə və ya plyonka vurula bilər. Bu tam yanlış fikirdir. Belə bir hal qanunda nəzərdə tutulmamışdır.
Əslində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il iyunun 22-də qəbul etdiyi Azərbaycan Respublikasının Qanunu ilə "Yol hərəkəti haqqında" Qanunun "Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı"nı əks etdirən 1 saylı Əlavəsinin VII bölməsinin 3-cü bəndinə aid Qeydin üçüncü cümləsində dəyişikliklər edilmişdir.
Dəyişikliklərdən sonra həmin cümlə bu cür səslənir: "Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir". Nəqliyyat vasitələri sürücülərinin nəzərinə çatdırılır ki, cümlədəki "arxa şüşələrinə" sözləri minik avtomobilinin yalnız arxa şüşəsini ifadə edir. Burada yan şüşələrdən söhbət getmir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında