Bakıda "Yaşıl həftə" davam edir

Noyabrın 14-də Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsçüsü olduğu Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının (IDEA) və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) əməkdaşlığı çərçivəsində həyata keçirilən "Yaşıl həftə" layihəsinin 3-cü günündə Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Ətraf mühit diplomatiyası" adlı təlim təşkil edilmişdir.
AzərTAc xəbər verir ki, açıq mühazirə formatında keçirilən təlimdə xarici tələbələrlə yanaşı, ölkəmizin müxtəlif universitetlərindən gənclər iştirak etmişlər.
Təlim proqramı beynəlxalq ekoloji məsələlərin həlli yollarının tapılması, gələcək diplomatların, siyasətçilərin, regional və dövlətlərarası, o cümlədən yerli hakimiyyət orqanlarında, özəl sektor və QHT-lərdə qərar qəbul edən digər şəxslərin ekoloji biliklərini artırmaq məqsədi ilə təşkil edilmişdir.
UNEP-in regional təmsilçisi Mahir Əliyev ətraf mühitin mühafizəsi haqqında danışmış, dünyanın daha yaxşı gələcəyə aparılması üçün hansı sənətə yiyələnmələrindən asılı olmayaraq mövzuya diqqət yetirməyin əhəmiyyətini vurğulamışdır.
UNEP-in beynəlxalq idarəetmədə məsləhətləşmə qrupunun üzvü Artur Dahl təqdimatla çıxış edərək iştirakçıları mövzu ilə bağlı elmi nöqteyi-nəzərdən məlumatlandırmışdır. Dünya əhalisinin artması, qloballaşma, iqlim dəyişikliyi kimi amillərin ətraf mühitə təsiri və bunların qarşısının alınması yollarından bəhs edən A.Dahl, ekologiyanın qorunması ilə əlaqədar beynəlxalq səviyyədə keçirilmiş layihələr haqqında gənclərə məlumat vermişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında