Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlanması ilə əlaqədar fətva vermişdir

Qafqaz Müsəlmanları İdarəsinin (QMŞ) Qazılar Şurası Məhərrəm ayının başlanması və Aşura mərasimi ilə əlaqədar fətva vermişdir. 
AzərTAc xəbər verir ki, QMİ-nin sədri şeyxülislam hacı Allahşükür Paşazadə dua oxunduqdan sonra yığıncaq iştirakçılarını salamlayaraq Aşura gününün əhəmiyyətini müxtəsər şəkildə xatırlatmışdır.
O bildirmişdir ki, din xadimlərinə və yerlərdə ibadətxanaların başçılarına Allahın kəlamını çatdırmaq kimi məsuliyyətli və şərəfli bir vəzifə tapşırılmışdır. Həmin vəzifəyə ciddi yanaşmaq, diqqətli olmaq və dövlətin maraqlarını güdmək lazımdır. Qeyri-mütəşəkkil yürüşlər təşkil etmək, özünə əziyyət vermək və qan çıxarmaq yolverilməzdir.
Bildirilmişdir ki, artıq uzun illərdir Qafqaz Müsəlmanları İdarəsi Aşura günü qanvermə aksiyası təşkil edir. Şeyxülislam bir çox xəstələrin həyatını xilas etməyə imkan verən bu nəcib ənənəni davam etdirməyə çağırmışdır.
Sonra QMİ Qazılar Şurasının fətvası oxunmuşdur. Fətvada deyilir ki, Hicri təqvimi ilə 1433-cü il başa çatır, 1434-cü il qədəm qoyur. Qreqorian təqvimi ilə Məhərrəm ayının birinci günü noyabrın 16-na, Aşura günü isə noyabrın 25-nə düşür.
Fətvada Kərbala şəhidlərinin xatirəsinin anıldığı matəm günləri ilə əlaqədar bütün dindarlara dərin hüznlə başsağlığı verilir, matəm mərasimlərini imam Hüseynin adına layiq şəkildə keçirmək tövsiyə olunur.
Aşura mərasimləri ictimai asayişə riayət edərək məscidlərdə, ibadət ocaqlarında keçirilməlidir. Özünə əziyyət vermək və islamın qəbul etmədiyi digər əməllərə yol vermək olmaz.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında