Su sektorunda yeni tipli sayğacların quraşdırılması sürətləndirilir

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçılara verilən içməli suyun uçotunun dəqiq aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə "smart-kart" (ön ödənişli) tipli elektron su sayğaclarının quraşdırılması istiqamətində işləri sürətləndirir. 
Cari ilin may ayından Bakı, Abşeron və Sumqayıt sukanal idarələrinin xidmət göstərdiyi ərazilərdə belə sayğacların quraşdırılmasına başlanılmışdır. İlkin mərhələdə "smart-kart" tipli sayğaclar su sərfiyyatı yüksək olan yerlərdə, əsasən qeyri-əhali qrupu abunəçiləri üzrə quraşdırılırdısa, artıq ötən aydan başlayaraq əhali abunəçiləri üçün də belə sayğaclar quraşdırılmasına başlanılmışdır.
"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, ötən bir ay ərzində Bakı şəhərində 1300-dən artıq əhali abunəçisi ön ödənişli sayğaclarla təmin olunmuşdur. Bununla paralel olaraq qeyri-əhali qrupu abunəçilərinə də yeni sayğacların quraşdırılması sürətləndirilmişdir.
Bütövlükdə isə ilin əvvəlindən indiyədək 9400-dən artıq qeyri-əhali qrupu abunəçisi "smart-kart" sayğacları ilə təmin olunmuşdur. Bununla da, ön ödənişli sayğaclardan istifadə edən abunəçilərin sayı 10700-ü ötmüşdür. Xatırladaq ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına "smart kart" tipli sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına aparılır.
Yeri gəlmişkən, 2012-ci il iyunun 20-də Prezident İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı kommunal sektorda "smart-kart" tipli sayğacların quraşdırılmasının uğurlu nəticələr verdiyini xatırladaraq su təchizatı sektorunda yeni tipli su sayğaclarının quraşdırılmasının sürətləndirilməsi barədə tapşırıqlar vermişdir.

{nl}


Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında