Bütün DYP maşınlarında nəzarət kameraları quraşdırılacaq

"Hər bir yol polisinin patrul avtomobilində müfəttişə və sürücüyə nəzarət edən kamera quraşdırılacaq".
APA-nın məlumatına görə, bunu MDB ölkələrində yol təhlükəsizliyi ilə bağlı vəziyyətə həsr olunmuş Bakı-Moskva-Kiyev-Astana-Kişinyov videokörpüsündə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov bildirib.
O qeyd edib ki, bu sahədə görülən işlərin 80 faizi artıq yekunlaşıb: "Quraşdırılan kameralarla müfəttişin və sürücünün dialoquna nəzarət edilməklə, neqativ halların qarşısı alınacaq. Vətəndaşlar bizə müraciət etdikdə, kamera vasitəsilə həmin dialoq araşdırılacaq".
R. Hüseynov bildirib ki, patrul avtomobillərində "bort kompüterləri" quraşdırılacaq, onlar sürücünün cəriməsini protokollaşdıracaq: "Yəni protokollar sürücü və inspektorun iştirakı olmadan rəsmiləşdiriləcək".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında