Zərdab gənclərinə peşə seçimi dəstəyi

"Gəncliyə dəstək" İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Zərdab rayonunda həyata keçirilən 3 aylıq "Gənclərin peşə təhsilinin stimullaşdırılması və düzgün ixtisas seçiminə yönəldilməsi" layihəsi başa çatdırılmışdır.
Layihənin məqsədi gənclərin peşə seçiminə diqqətin artırılması və peşə seçiminin stimullaşdırılması, insanların köhnə stereotiplərdən uzaqlaşdırması, informasiya texnologiyalarının imkanlarından istifadə etməklə gənclərə peşə seçimində dəstək göstərilməsi, onların gələcəkdə karyera qurmaları və məşğulluq problemlərinin risksiz həlli, əmək bazarı ilə gənclərin hazırlığı arasında daha yüksək uyğunluq təmin edilməsindən ibarət idi.
"Gəncliyə dəstək" İB-nin sədri Eldar Xəlilovun rəhbərliyi ilə sentyabr-oktyabr ayları ərzində gənclərin peşə seçiminin əhəmiyyəti, əmək bazarında ehtiyac olan peşələr barədə və digər maarifləndirici çap materialları hazırlanmış və 20-dən çox orta məktəbin yuxarı sinif şagirdlərinə paylanmış, abituriyentlər üçün www. test.gdib.org xüsusi sınaq testləri təşkil olunmuşdur. İnformasiya texnologiyalarının imkanlarından istifadə etməklə layihə çərçivəsində gənclərə peşə seçimində dəstək göstərilmiş, peşə və sənətlərə marağı artırmaq üçün Zərdab peşə liseyində və 7 məktəbdə görüşlər, dəyirmi masalar keçirilmişdir.
Layihə Zərdab gənclərinin məşğulluğunun təmin olunmasına, onların yaradıcılıq potensialının inkişafına və "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə müvafiq tədbirlər planında nəzərdə tutulan fəaliyyətlərinin icrasına töhfə olmuşdur.

{nl}

Tərlan ABDULLAYEVA, Zərdabda çıxan "Əkinçi" qəzetinin müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında