Dövlət Baytarlıq Xidməti quş qripinin monitorinqinə başlayır

Noyabrın 19-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti quş qripinə qarşı mübarizə tədbirləri çərçivəsində növbəti monitorinqə start verəcək. Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, monitorinqdə bu qurumla bərabər Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də "Ovçular və balıqçılar" Cəmiyyətinin mütəxəssisləri iştirak edəcəklər. 
Tədbirlər əsasən köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşma yerlərində - Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, ölkənin dənizsahili zonalarında və digər ərazilərdə həyata keçiriləcək. Monitorinqin aparıldığı müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur. Nəticələr noyabrın 30-da ictimaiyyət üçün açıqlanacaq.
Dövlət Baytarlıq Xidməti bir daha xatırladır ki, köçəri quşların miqrasiyası və havaların soyuması ilə əlaqədar olaraq ev quşları qapalı şəraitdə saxlanılmalı, köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadə olunması qəti qadağandır. Qeyd edək ki, hazırda Azərbaycanda quş qripi xəstəliyi ilə bağlı epizootik vəziyyət sabitdir.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında