Azərbaycanda dünyada ilk dəfə səslə idarə olunan kompüter hazırlanmışdır

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın "NeyroTex" şirkəti görmə məhdudiyyəti olan insanlar üçün dünyada ilk dəfə olaraq səslə idarə edilən mini-kompüter hazırlamışdır.
"APA-Economics"in məlumatına görə, bu kompüteri yaratmaqda məqsəd görmə məhdudiyyəti olan insanlara İKT-dən istifadə imkanını təmin etməkdir. Noyabrın 13-də - beynəlxalq Görmə Məhdudiyyəti olan İnsanlar Günündə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə 100 ədəd sözügedən kompüter təqdim etmişdir. Təqdimat mərasimində çıxış edən Nazirliyin aparat rəhbəri Vidadi Zeynalov qeyd etmişdir ki, bu qurğu digərlərindən monitorun və klaviaturanın olmaması və bütün əmrlərin mikrofon vasitəsi ilə verilməsi ilə fərqlənir.
Mini-kompüter səsli əmrlər vasitəsilə, "online" rejimdə xəbər saytlarına daxil olaraq son yeniliklərlə tanış olmaq, elektron poçtadan istifadə etmək, elektron mətnləri səsləndirmək, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə yaradılmış "Elektron göz" portalına (www.e-eye.az) daxil olaraq oradakı bütün informasiyaya qulaq asmaq (xəbərlər, elektron kitabxana, "online" radio və s.) kimi imkanlarla təchiz olunmuşdur.
V.Zeynalov bildirmişdir ki, kompüterdə proqram təminatı və bütün əmrlər Azərbaycan dilindədir. Gələcəkdə bu qurğulardan elektron tərcüməçi kimi də istifadə edilməsi nəzərdə tutulmuşdur. "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 100 ədəd mini-kompüter GSM nömrə və 1 illik açıq internet xətti ilə təmin olunmuşdur. Bu ilin sonunadək daha 100 ədəd analoji kompüter Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə veriləcək" - deyə nazirlik rəsmisi bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında