AŞPA-nın komitələrində Cənubi Qafqazda sabitlik paktına nail olunmasının perspektivləri müzakirə olunacaqdır

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi işlər və insan haqları, Monitorinq, həmçinin Siyasi işlər və demokratiya komitələrinin iclasları keçiriləcəkdir. 
Noyabrın 15-dək davam edəcək tədbirlərdə Azərbaycan respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Rafael Hüseynov, Elxan Süleymanov və Sabir Hacıyev daxildirlər.
İclaslarda Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinin səmərəliliyi, Türkiyə, Bolqarıstan, Monako və Makedoniya ilə post-monitorinq dialoqu, Ukraynada son parlament seçkiləri, Gürcüstanda, Kosovada vəziyyət, Cənubi Qafqazda sabitlik paktına nail olunmasının perspektivləri, Əfqanıstandan narkotik maddələrin nəqlinin Avropa üçün təhlükəsi, Tunisdə siyasi keçid dövrü, Fələstin Milli Şurası ilə əməkdaşlığın dəyərləndirilməsi və digər mövzularda müzakirələr aparılacaq, Qırğızıstan parlamentinin bu ölkəyə AŞPA-da demokratiya üzrə tərəfdaş statusunun verilməsinə dair müraciətinə baxılacaqdır.
Tədbirlərdə Milli Məclisin deputatları çıxış edəcək, müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında