NATO Parlament Assambleyasının payız sessiyasının yekun qətnaməsinə Azərbaycanın təklifi ilə dəyişiklik edilib

NATO Parlament Assambleyasının Praqada keçirilən payız sessiyasının yekun qətnaməsinə Azərbaycan tərəfinin təklifi ilə bir dəyişiklik edilib.
APA-nın Brüsseldə olan əməkdaşının bildirdiyinə görə, bu barədə Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim bildirib.
Onun sözlərinə görə, qətnamədə NATO qüvvələrinin 2014-cü ildə Əfqanıstandan çıxarılması marşrutları qeyd olunsa da, orada Xəzər dənizi - Cənubi Qafqaz dəhlizi qeyd olunmayıb. Azərbaycanı təmsil edən deputatlar tərəfindən məsələ qaldırıldıqdan sonra bu marşrut sənədə əlavə olunub: "Qətnamədə Mərkəzi Asiya-Rusiya və Pakistan marşrutları göstərilmişdi. Azərbaycan və Gürcüstanı əhatə edən Cənubi Qafqaz dəhlizi ən qısa və optimal yoldur. Bizim heyət səy göstərərək bunu sənədə daxil etdirdi".
Diplomat deyib ki, indiyədək NATO-nun Əfqanıstana daşınan qeyri-hərbi yüklərinin 35%-i Azərbaycan üzərindən yerinə yetirilib. Bu yaxınlarda Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov və nəqliyyat nazirinin müavini Musa Pənahov NATO-da səfərdə olub və Əfqanıstandan çıxarılan yüklərin Azərbaycan üzərindən Avropaya daşınmasına dair müzakirələr aparılıb. Əfqanıstandan çıxarılan yüklərin bir hissəsinin 2013-cü ildə istifadəyə veriləcək Bakı-Tiflis-Qars dəmiryolu ilə Avropaya daşınması proqnozlaşdırılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında