Azərbaycan ilə Ukrayna arasında hərbi və hərbi-sənaye kompleksi sahəsində də əməkdaşlıq səmərəli nəticələr verə bilər

Noyabrın 13-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Ukraynanın müdafiə naziri Dmitri Salamatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında tarixi dostluq münasibətlərinin mövcudluğu vurğulanaraq bütün sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyi qeyd edilmişdir. Bildirilmişdir ki, hər iki ölkə arasında siyasi-iqtisadi və mədəni əlaqələrdə olduğu kimi, hərbi və hərbi-sənaye kompleksi sahəsində də əməkdaşlıq səmərəli nəticələr verə bilər.
Daha sonra regional məsələlər ətrafında söhbət gedərkən qonaqların diqqətini Ermənistanın yürütdüyü işğalçılıq siyasətinə yönəldən Azərbaycanın baş naziri Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə ətraflı məlumat vermişdir.
Ölkələrimiz arasında qarşılıqlı faydalı əlaqələrin bundan sonra da genişləndirilməsinin vacibliyi fikrinə şərik olan tərəflər Bakıda aparılan danışıqların yekununda belə əməkdaşlığın davam etdirilməsi barədə müvafiq sənədin imzalandığını məmnunluqla qeyd etmişlər.
Görüşdə bir sıra aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında