"Anadolu Jet" şirkətinin ilk təyyarəsi Naxçıvan Beynəlxalq hava limanına enmişdir

İstanbul-Naxçıvan-İstanbul reysinin istifadəyə verilməsi münasibətilə Naxçıvan Beynəlxalq hava limanında mərasim keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Ali Məclis sədrinin salamlarını iştirakçılara çatdıraraq demişdir ki, Türkiyə və Azərbaycan əlaqələrinin bugünkü yüksək səviyyəyə çatmasında türk dünyasının iki qüdrətli şəxsiyyəti - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin xidmətləri əvəzsizdir. XX əsrin əvvəllərində türk xalqının lideri Mustafa Kamal Atatürkün Türkiyə-Azərbaycan dostluğunun daha da möhkəmləndirilməsi üçün həyata keçirdiyi tədbirlər həmin əsrin sonunda ulu öndər Heydər Əliyev tərəfindən inkişaf etdirilmişdir.
Hazırda bu siyasət hər iki ölkənin rəhbəri tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə əlaqələrini ümummilli liderimiz Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" müdrik ideyası əsasında möhkəmləndirir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə böyük töhfələr vermişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişləri bütün beynəlxalq təşkilatlarda siyasi birliyin nümayişi, əlaqələrimizin daha da genişlənməsinə səbəb olmuşdur. Bu gün həyata vəsiqə alan İstanbul-Naxçıvan-İstanbul təyyarə reysi iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə öz çıxışında bu əlamətdar hadisənin ölkələrimizin və xalqlarımızın əlaqələrinin inkişafı tarixində xüsusi rolunu vurğulamışdır. Bildirmişdir ki, bu gün açılan təyyarə reysi Türkiyə ilə Naxçıvan arasında ilk hava körpüsüdür. Bu körpü həm də Naxçıvanı dünya dövlətləri ilə birləşdirəcəkdir. Səfir yeni reysin açılmasına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova və "Türk Hava Yolları"nın müdirinə minnətdarlığını bildirmişdir.
Diplomat demişdir ki, Türkiyə üçün Azərbaycan xüsusi əhəmiyyətə malikdir. 1992-ci mayın 28-də "Ümid" körpüsünün açılışı zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nitqini hər kəs böyük ehtiramla xatırlayır. Ümummilli lider o zaman demişdir ki, körpünün açılışı Naxçıvanın və Türkiyənin qonşu bölgələrinin inkişafına yardımçı olacaqdır. O dövrdən çox illər keçmişdir. Bu gün Naxçıvan sözün həqiqi mənasında cənnətə çevrilmişdir. Naxçıvanın bu tərəqqisi Türkiyəni hədsiz dərəcədə sevindirir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Azər Zeynalova və Türkiyənin Naxçıvandakı baş konsulu Ayhan Enginara "Türk Hava Yolları" şirkəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.
Sonra "Türk Hava Yolları"nın "Anadolu Jet" şirkətinin regional uçuşlar üzrə müdiri Sami Alan, "Türk Hava Yolları"nın baş direktor müavini Orhan Sivrikaya və başqaları çıxış etmişlər. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası və Türkiyə arasındakı uçuşlar "Boeinq" tipli təyyarələrlə həyata keçiriləcəkdir. Uçuşlar həftənin çərşənbə, cümə və bazar günləri baş tutacaqdır. Biletlərin qiymətləri isə ikitərəfli istiqamətə 139, birtərəfli istiqamətə isə 70 avrodur.
Mərasimdən sonra türkiyəli qonaqlar Naxçıvan şəhərini gəzərək tarixi abidələr, muzeylər və başqa yerlərlə tanış olmuşlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında