Andreas ADRİANOPOLUS: Azərbaycanı nümunə göstərmək olar

Yunanıstanın keçmiş mədəniyyət, ticarət, sənaye, energetika, texnologiya və kommunikasiyalar naziri, hazırda ölkənin siyasi həyatında mühüm rol oynayan Andreas Adrianopolus bu il oktyabrın 4-5-də Bakıda keçirilmiş Humanitar Forumda iştirak etmişdir. 
O, Azərbaycana səfəri barədə təəssüratlarını Yunanıstanda nəşr olunan "Kathimerini" qəzetində dərc edilmiş yazısında bölüşmüşdür.
Andreas Adrianopolus "Kreditsiz inkişaf: Azərbaycanın timsalında" adlı məqaləsində ölkəmizin qeyri-sabit regionda yerləşməsinə baxmayaraq qazandığı uğurları qeyd edir, Yunanıstanda mövcud iqtisadi problemlərə toxunur və ölkəsinin Azərbaycandan nümunə götürməsini vacib sayır. Bu məqalə ölkə ictimaiyyətinin böyük marağına səbəb olmuşdur.
Məqalədə qeyd edilir ki, qloballaşma perspektivlərinə həsr edilmiş sanballı bir forumda iştirak etməyə, həmçinin Diplomatik Akademiyada mühazirə oxumağa dəvət alandan sonra Azərbaycana gəlmiş A.Adrianopolus burada gördüyü inkişafdan məmnun qaldığını yazmışdır.
Andreas Adrianopolus yazır ki, Azərbaycan bu region üçün səciyyəvi çətinlikləri dəf etməklə həsəd aparmağa layiq sabitlik nümayiş etdirir. Bu, Azərbaycanın böyük inkişaf sürətində öz əksini tapır. Özü də bu uğurlar təkcə energetika ilə bağlı deyildir. Azərbaycan öz iqtisadi strukturunu çoxdan və uğurla şaxələndirmiş, kənd təsərrüfatı məhsulları istehsalının həcmini artırmış, yeni sənaye müəssisələrinin açılışına ciddi stimul yaratmışdır.
Məqalə müəllifi Azərbaycanda vergilərin aşağı olmasından söhbət açaraq qeyd edir ki, kiçik biznes üçün əsl cənnət olan bu ölkədə innovasiyalara və gənclərin dinamik iqtisadi təşəbbüslərinə şərait yaradılır. Başqa sözlə desək, o, neft və qaz ixracından əldə edilən gəlirlərdən asılılığa son qoymuş, müasir təhsil modellərinə xüsusi inadkarlıqla sərmayə yatırmağa başlamış, özəl ali təhsilə sərbəstlik vermiş, idarəçilik, virtual reallıq, mürəkkəb sistemlər haqqında elm, rəhbərliyin müasir metodları, habelə gənclərin sahibkarlıq təşəbbüsləri kimi qabaqcıl sahələrə istiqamətlənmişdir.
"Bu təcrübədən bizim ölkəmiz kimi dövlətlər hansı ibrət dərsi ala bilərlər?", - deyə soruşan A.Adrianopolus öz sualına özü cavab verərək yazır ki, ilk növbədə, məhdud baxışlardan və mənəvi-sosial durğunluqdan xilas olmaq, qanunlara riayət etmək, qanunun aliliyinə üstünlük vermək lazımdır. Bu, dövlət strukturunun ciddi və etibarlı olmasına, ölkənin gələcək çağırışlar və zəruri islahatlar üçün açıq olmasına işarədir. Yunanıstanlı siyasətçi Azərbaycanın uğurlarını təhlil edərək yazır ki, bu ölkənin inkişaf təcrübəsini öyrənmək lazımdır.
Andreas Adrianopolus məqaləsini bu sözlərlə tamamlayır: "Kənardan verilən kreditlərdən asılı olmayan inkişaf gələcəyə zəmanətdir. Lakin bunun üçün mentaliteti kökündən dəyişmək tələb olunur. Həm siyasi, həm də ictimai mentaliteti. Nümunə kimi Azərbaycanı göstərmək olar. Bu ölkədə xarici borcların məbləği bu gün ÜDM-in 7 faizindən çox deyildir. Bizdə isə həmin rəqəm 140 faizdir!
Beləliklə, qərar qəbul etmək və ona əməl etmək lazımdır. Təzyiqə, şəxsi maraqlara və mənfi reaksiyaya məhəl qoymadan irəliləmək lazımdır".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında