Bakı Metropoliteni və "Akkord-Bouygues" Birgə Müəssisəsi arasında Bakı Metrosunun İnkişafı Layihəsi çərçivəsində Anlaşma Memorandumu imzalanmışdır

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"na müvafiq olaraq 7 noyabr 2012-ci ildə Bakı Metropoliteni və "Akkord-Bouygues" Birgə Müəssisəsi arasında Bakı Metrosunun İnkişafı Layihəsi çərçivəsində "28 May" stansiyasının yenidən qurulması və yeni "yaşıl xəttinin" Xətai-Həzi Aslanov-2 hissəsinin (7 kilometr tunel və 3 yeni stansiya) tikintisi üzrə Anlaşma Memorandumu imzalanmışdır. 
Anlaşma Memorandumunu Bakı Metropoliteni adından metropolitenin rəisi Tağı Əhmədov, "Akkord-Bouygues" Birgə Müəssisəsi adından "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Direktorlar Şurasının sədri, Xaqani Quluzadə və Fransanın "Bouygues Travaux Publics" Şirkəti adından İcraçı direktoru Jan-Denis Arnal imzalamışdır.
Qeyd edək ki, hələ 29 iyun 2011-ci ildə "Akkord" Korporasiyası ilə "Bouygues Travaux Publics" Şirkəti arasında imzalanan Anlaşma Memorandumu Azərbaycanda infrasktruktur layihələrində və həmçinin Bakı şəhərində yeni metropoliten xətləri və stansiyalarının tikinitisində birgə iştirak məqsədlərini və iş birliyinin ilkin şərtlərini ehtiva edir.
"Bouygues Travaus Publics" Şirkəti dünyanın ən iri maliyyə-sənaye qruplarından biri olan "Bouygues Qrup"a daxildir. "Bouygues Qrup" 1952-ci ildə təsis edilmişdir və hal-hazırda fəaliyyəti diversifikasiya edilməklə dünyanın ən iri sənaye qruplarından biri kimi fəaliyyət göstərən Fransanın ən nəhəng şirkətlərindəndir.
"Bouygues Qrup" Şərqi və Qərbi Avropada, Yaxın Şərq və Afrikada, Asiya-Sakit okean hövzəsi regionunda uğurla fəaliyyət göstərməklə yanaşı, Şimali Amerika - ABŞ və Kanadada da yeni bazarlara çıxış əldə edib.
"Bouygeus Qrup"una daxildir (əsas şirkətlər):
"Bouygues Construction" - tikinti və inşaat işləri, metro və energitika obyektlərinin tikintisi və s.);
"Bouygues Immobilier" - yaşayış evlərinin və kommersiya obyektlərinin tikintisi;
"Colas" - yolların tikintisi;
"Bouygues Telecom" - rabitə xidmətləri;
"TF1" - televiziya kanalı.

Bundan başqa, "Bouygues Qrup"nun 2011-cu ildə 32,7 milyard avro məbləğində illik dövriyyəsi olmuşdur. Metro tikintisi və infrakstruktur layihələri əsasən "Boygues Construction"un törəməsi olan "Bouygues Travaux Publics" tərəfindən həyata keçirilir.
Bəzi layihələr haqqında:
Qahirə metro xətti (Misir) - 13 km uzunluğunda tunel, 10 yeraltı metro stansiyası - ümumi dəyəri 807 milyon avro;
Lamanş boğazı altından çəkilmiş tunel;
Sidney metro xətti (Avstraliya) - 9 kilometr uzunluğu - ümumi dəyəri - 534 milyon avro;
Şanxay metro xətləri (Çin);
Mayami (Kaliforniya) metro xətti (ABŞ);
Amsterdam-Rotterdam-Antverpen (Hollandiya) yüksək sürətli dəmir yolu xətti - 8 km. tunel - ümumi dəyəri - 425 milyon avro;
Sheung Shui Tunnel Xətti (Honq Konq, Çin) - 5 kilometr - ümumi dəyəri - 350 milyon avro;
Atom stansiyası - Flamanvill (Fransa) - ümumi dəyəri 533 milyon avro;
Qaz sıxma stansiyası - Damiette (Misir) - ümumi dəyəri 82 milyon avro.

Dünyada həyata keçirdiyi layihələrdə 350 kilometrdən artıq tunel xətləri çəkib.

{nl}

İ. NİZAMİOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında