Nəsimi rayonunda Konstitusiya Günü qeyd edilmişdir

Nəsimi rayonunda Konstitusiya Günü münasibətilə "dəyirmi masa" keçirilmişdir. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirmişdir ki, 17 il əvvəl - 12 noyabr 1995-ci ildə keçirilmiş referendumda Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq ölkənin Əsas Qanunu - Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Ulu öndərimiz Heydər Əliyevin Konstitusiyanın hazırlanması işinə rəhbərlik etməsi onun mükəmməlliyini, siyasi-hüquqi akt və tarixi sənəd kimi yüksək nüfuzunu təmin edən başlıca amil oldu. 
Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.
Natiq 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın sovet dövründə mövcud konstitusiyadan üstün cəhətlərinə toxunmuşdur. O demişdir ki, həmin dövrün konstitusiyasında sinfi maraqlar əsas götürülmüş, hakimiyyətin bölünməsi prinsipi nəzərdə tutulmamışdı. Sənəddə dövlətin siyasi əsasını xalq deputatları sovetləri, iqtisadi əsasını isə sosialist təsərrüfat sistemi və sosialist mülkiyyəti təşkil edirdi. 1995-ci ildə qəbul edilmiş Konstitusiyada isə əhalinin bütün təbəqələrinin tam hüquq bərabərliyi nəzərdə tutulmuş, ölkədə dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqı elan edilmişdir.
Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə yol açmış, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla həyatın bütün sahələrinin inkişafına təkan vermişdir. Əsas Qanunun qəbul edilməsindən sonra ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar nəticəsində böyük inkişaf və tərəqqiyə nail olunmuşdur. Nəsimi Rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri Vasif Əliyev "Azərbaycan Respublikası Konstitusiyasının əsasları " mövzusunda məruzə etmişdir. Sonra çıxışlar olmuşdur.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev tədbirə yekun vurmuşdur.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında