Avropa Şurasının rəsmisi Azərbaycanda insan hüquqlarına dair Milli Fəaliyyət Proqramının qəbulunu yüksək dəyərləndirmişdir

Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Filip Buaya ilə görüşmüşdür.
Azərbaycan və Avropa Şurası arasında sıx əlaqələrin olduğunu söyləyən nazir, ölkəmizdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə geniş vüsət alan demokratik dəyişikliklərdən, o cümlədən məhkəmə islahatlarından, hakimlərin ən şəffaf seçimindən bəhs etmiş, Azərbaycanın bu sahədə müsbət təcrübəsinin beynəlxalq təşkilatlar tərəfindən örnək kimi dəyərləndirildiyini vurğulamışdır.
Söhbət zamanı Vyanada Avropa ədliyyə nazirlərinin konfransında keçirilmiş ikitərəfli görüşdən məmnunluq ifadə olunmuş, habelə elektron ədliyyənin inkişafı, müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi, açıq hökumətin təşviqi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə qərarlarının icrası üzrə işlər qeyd olunmuş, Azərbaycan Prezidentinin qəti siyasi iradəsi ilə korrupsiyanın qarşısının alınmasına dair tədbirlərdən, o cümlədən yeni innovativ və şəffaf xidmətlərin yaradılmasından danışılmışdır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Avropa Şurasının Azərbaycan ilə əlaqələrinin müxtəlif istiqamətlərdə inkişaf etdiyini vurğulayan F.Buaya ölkəmizdə insan hüquqlarına dair Milli Fəaliyyət Proqramının qəbulunu yüksək dəyərləndirmişdir. O, ədliyyə və məhkəmə islahatlarını və bu zaman Avropa Şurası standartlarının geniş tətbiqini, habelə əhəmiyyətli və etibarlı tərəfdaş sayılan Ədliyyə Nazirliyi ilə müsbət nəticələr verən uzunmüddətli səmərəli əməkdaşlığı təqdir etmiş, respublikamızda aparılan islahatlara bundan sonra da hərtərəfli dəstək göstərilməsinə və birgə fəaliyyətin daha da dərinləşdirilməsinə hazır olduğunu bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında