Rusiyanın Azərbaycanlı Gənclər İttifaqı Azərbaycan diasporuna müraciət edərək ermənilərin "Yarımçıq qalmış mahnı" adlı təhrikçi kinofilmini boykot etməyə çağırmışdır

AzərTAc xəbər verir ki, Rusiyanın Azərbaycanlı Gənclər İttifaqı Azərbaycan diasporuna ünvanlanmış bəyanatla çıxış etmişdir. Bəyanatda xəbərdarlıq edilir ki, ermənilərin çəkdiyi "Yarımçıq qalmış mahnı" kinofilmi təhrikçilikdir və bu təhrikə uymaq lazım deyildir. Sənəddə deyilir:
"Rusiyanın Azərbaycanlı Gənclər İttifaqı Azərbaycan diasporunu ermənilərin çəkdiyi şovinist ruhlu, iki gün bundan əvvəl premyerası olmuş "Yarımçıq qalmış mahnı" filmini boykot etməyə çağırır. İttifaqın nümayəndələri filmin nümayişində iştirak etmişlər və bu təhrikçi lenti hələ görməyən adamların hamısına bildirirlər ki, millətçilik ideyası qanına-canına hopmuş erməni müəlliflər Azərbaycan əsgərini qaniçən işğalçı, erməni əsgərini isə "Vətənini" müdafiə edən ən nəcib bir insan kimi təqdim edərək sətiraltı formada antiazərbaycan təbliğatı aparırlar. Bununla belə onlar öz işlərini "sülhyaratma" kimi qələmə verirlər. Bu iyrənc filmin prodüseri Qoar Gevorqyanın mövqeyi nifrət doğurur. O, premyerada həyasızcasına demişdir ki, ermənilər sülh bağlamağa yalnız Azərbaycan Dağlıq Qarabağın və ona bitişik torpaqların müstəqilliyini tanıyandan sonra hazırdırlar. Budur "xalqlar arasında qərəzsiz dialoq" adı ilə zalları ermənilər və azərbaycanlılarla dolduraraq, bu yolla pul qazanan ermənisayaq "sülhyaratma". Bu təhrikçi film bütün azərbaycanlılar tərəfindən boykot edilməlidir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında