Azərbaycanın Ali Məhkəməsi ilə Bolqarıstanın Ali Kassasiya Məhkəməsi arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır

Bolqarıstan Respublikası Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyevinin başçılığı ilə Bakıda səfərdə olan nümayəndə heyəti noyabrın 12-də Azərbaycan Respublikasının Ali Məhkəməsində olmuşdur. 
AzərTAc xəbər verir ki, qonaqlar Ali Məhkəmənin inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışlar.
Ali Kassasiya Məhkəməsinin sədri muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Sonra Bolqarıstan Respublikası Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.
Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev qonaqlara Azərbaycan və bolqar xalqları arasında vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin olduğunu qeyd etmişdir. Azərbaycan və Bolqarıstan prezidentlərinin qarşılıqlı səfərlərinin, iki ölkə arasında bağlanmış iqtisadi müqavilələrin, mədəni sazişlərin əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün böyük imkanlar açdığını diqqətə çatdırmışdır.
Ali Məhkəmənin sədri Azərbaycan ilə Bolqarıstanın məhkəmə hüquq sistemləri arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin beynəlxalq təşkilatlar çərçivəsində də genişlənəcəyini vurğulamışdır. Bildirilmişdir ki, respublikamızda məhkəmə hüquq sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyi Ali Məhkəmənin yeni strukturunda və fəaliyyətində də öz əksini tapmışdır.
Ramiz Rzayev Bolqarıstan nümayəndə heyətinin Azərbaycana səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın daha da genişlənməsinə əminliyini ifadə etmişdir.
Lazar Qruyev Bolqarıstanda Ali Kassasiya Məhkəməsinin fəaliyyəti barədə məlumat vermiş, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir.
Görüşdə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi və Bolqarıstan Respublikası Ali Kassasiya Məhkəməsi arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında