Azərbaycan istehsal etdiyi pilotsuz uçuş aparatlarını ilk dəfə beynəlxalq sərgidə nümayiş etdirir

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) İndoneziyada keçirilən "İndoDefence-2012" beynəlxalq müdafiə sərgisində ilk dəfə olaraq ölkədə istehsal edilmiş pilotsuz uçuş aparatlarının real ölçüdəki nümunələrini nümayiş etdirir.
APA-nın məlumatına görə, Rusiyanın Dünya Silah Ticarətinin Analizi Mərkəzinin direktoru İqor Korotçenko öz internet-bloqunda Azərbaycan MSN-in stendindən bəhs edib.
"Azərbaycan Dağlıq Qarabağ uğrunda müharibəyə hazırlaşır. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin ekspozisiyası ilə tanışlıqdan sonra məndə belə təəssüratlar yarandı", - deyə İ. Korotçenko qeyd edib.
O, Azərbaycan stendində 14,5 mm-lik snayper tüfənginin, minaatanların, həmçinin Azərbaycan istehsalı olan RPQ-7 əl qumbaraatanın, İsrail lisenziyası ilə istehsal edilən pilotsuz uçuş aparatlarının, döyüş sursatları və minaların, həmçinin zirehli avtomobillərin nümayiş olunduğunu bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında