Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, "Türk Hava Yolları" şirkətinin baş direktorunun müavini Orxan Sivrikaya, "Anadolu Jet" şirkətinin regional uçuşlar üzrə müdiri Sami Alan və "Türk Hava Yolları"nın Azərbaycan bölməsinin müdiri Nevzat Şarkla görüşmüşdür.
Ali Məclisin sədri qonaqları İstanbul-Naxçıvan aviareysinin açılması münasibətilə təbrik etmiş, bu əlamətdar hadisəni Azərbaycan-Türkiyə əlaqələrində mühüm bir hadisə kimi dəyərləndirmiş, qardaş ölkəyə rəsmi səfəri zamanı bu aviareysin açılışı ilə əlaqədar danışıqlar apardığını xatırlatmışdır. Qeyd olunmuşdur ki, Türkiyə Baş nazirinin Azərbaycana səfəri zamanı bu məsələ Azərbaycan Prezidenti ilə danışıqlarda təsdiqlənmiş və artıq bu gün İstanbul-Naxçıvan aviareysi həyata keçirilmişdir. Yeni aviareysin açılışı xalqlarımız üçün çox uğurlu olacaqdır. Ona görə ki, gediş-gəliş getdikcə artır. Türkiyədən gələnlər Naxçıvan vasitəsilə Azərbaycanın digər bölgələrinə gedirlər. Naxçıvandan İstanbula gedənlər isə oradan dünyanın müxtəlif ölkələrinə səfər edə biləcəklər. Yeni hava reysi Naxçıvanın xaricə açılan bir qapısı olmaqla yanaşı, ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Səfir Hulusi Kılıç İstanbul-Naxçıvan aviareysinin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Ali Məclisin sədrinə minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında 1992-ci ildə "Ümid" körpüsü üzərindən başlanan əlaqələr artıq hava yolları ilə daha da inkişaf edəcəkdir. Yaxın gələcəkdə Naxçıvan ilə Türkiyə arasında dəmir yolu əlaqəsi də yaranacaq, enerji layihələri həyata keçiriləcəkdir. Bütün bunlar Naxçıvanın daha da inkişaf edib möhkəmlənməsinə şərait yaradacaqdır.
"Türk Hava Yolları"nın baş direktorunun müavini Orxan Sivrikaya, "Anadolu Jet" şirkətinin regional uçuşlar üzrə müdiri Sami Alan yeni aviareysin açılmasının iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulamışlar.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov və Türkiyənin Naxçıvandakı baş konsulu Ayhan Enginar görüşdə iştirak etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında