Minsk qrupunun həmsədrləri ATƏT Daimi Şurasında illik hesabatla çıxış etmişlər

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Robert Bradtke (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik növbəti birgə bəyanatla çıxış etmişlər.
Bəyanatda bildirilir ki, həmsədrlər ATƏT-in Daimi Şurasında fəaliyyətlərinə dair illik hesabatla çıxış etmişlər. Onlar hesabatda ötən bir il ərzində tərəflərlə keçirdikləri fərdi və birgə görüşlər, regiona səfərlər, eləcə də həmsədr ölkələrin hər birinin bilateral səyləri, yanvar ayında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilmiş üçtərəfli görüşü ilə bağlı fəaliyyətləri barədə məlumat vermişlər. Həmsədrlər gərginliyin azaldılması və eskalasiyanın qarşısının alınmasında öz rolları, xüsusilə də səfir Anji Kasprşikin öz əməkdaşları ilə regionda apardığı işi qeyd etmişlər.
Daimi Şurada hesabatdan əlavə, həmsədrlər Minsk qrupuna üzv ölkələrin nümayəndələri üçün brifinq keçirmiş, ATƏT-in gələcək sədrləri qismində Ukrayna və İsveçrə nümayəndə heyətləri ilə görüşmüşlər.
Həmsədrlər bu ayın sonunda ATƏT-in Nazirlər Şurasının İrlandiyanın paytaxtı Dublin şəhərində keçiriləcək toplantısı ərəfəsində regiona səfər edəcəklər.

{nl}

Elgün NİFTƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında