Aida MAHMUDOVA: Zənnimcə, festival çərçivəsində rəssamlarla Bakı şəhərinin sakinləri arasında maraqlı dialoq yaranmışdır

Zənnimcə, festival çərçivəsində rəssamlarla Bakı şəhərinin sakinləri arasında maraqlı dialoq yaranmışdır. Festivalın ən mühüm məqamlarından biri rəssamların tamaşaçılarla ünsiyyətidir. 
AzərTAc xəbər verir ki, bu sözləri "YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova "012 Bakı Public Art Festivalı"nın yekunlarına həsr olunmuş tədbirdə jurnalistlərə müsahibəsində demişdir.
Bildirmişdir ki, festival çərçivəsində rəssamların öz əsərlərini daha açıq məkanda, geniş şəkildə təqdim etmələri şəhər sakinlərinin diqqətini cəlb etmişdir. Həmçinin, layihənin müəyyən müddət davam etməsi də bu imkanları genişləndirmişdir.
Belə layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirən Aida Mahmudova mövzuda bəzi dəyişikliklər olsa da, müasir incəsənətin təbliği ilə bağlı əsas ideyanın dəyişməyəcəyini diqqətə çatdırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında