Elçin ƏFƏNDİYEV: "YARAT" Müasir İncəsənət Məkanının bu sənət təbliğatı əslində bizim yaxından bələd olmadığımız bir formadır

"YARAT" Müasir İncəsənət Məkanının bu sənət təbliğatı əslində bizim yaxından bələd olmadığımız bir formadır. Hətta mən deyərdim ki, açıq havada sərhədsiz, sərbəst düşüncələrin məhsulu olan əsərlərin nümayişi sənətin təbliğində yeni bir janrdır. 
AzərTAc xəbər verir ki, bu sözləri Baş nazirin müavini Elçin Əfəndiyev "012 Bakı Public Art Festivalı"nın başa çatması münasibətilə keçirilən tədbirdə jurnalistlərə müsahibəsində demişdir.
Bildirmişdir ki, artıq bütün Avropada və Amerikada çoxdan məlum olan bu janr indiyədək bizdə tanınmışdır. Mənim üçün çox əlamətdar cəhət ondan ibarətdir ki, təxminən on ay müddətində davam edən və bu gün yekunlaşan festivalda sənətin təbliğinin, sərgilərin bu forması mədəni həyatımızın tərkib hissəsinə çevrilmişdir.
Festival çərçivəsində 21 rəssamın əsərlərinin nümayişi tamamilə doğma bir əhval-ruhiyyə yaratmışdır. Bu on ay ərzində çox iş görülmüş və növbəti ildə "YARAT" Müasir İncəsənət Məkanını bu istiqamətdə yeni yaradıcılıq fəaliyyəti gözləyir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında