Yaxın 20 ildə Bakı Metropolitenində yolların uzunluğu 119 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılacaq

Bakı Metropoliteninin qarşıdakı 20 il üçün inkişaf planına uyğun olaraq metro yollarının uzunluğu 119 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılacaq.
Metropolitendən "APA-ECONOMICS"ə verilən məlumata görə, artıq gələn il metronun 3-cü xəttinin ilk stansiyası istismara veriləcək: "Dərnəgül" deposunun işə düşməsi vaqon təmiri bazasının genişlənməsi, texniki imkanların daha da artması deməkdir. Depo ilk dəfə metro vaqonlarının əsaslı təmir işlərinin təşkilinə imkan verəcək. Təmir prosesinin bir çox növləri mənimsəniləcək, tətbiq olunan texniki proseslərdə daha yüksək nəticələr əldə etmək imkanı yaranacaq".
Qeyd edək ki, hazırda Bakı Metropoliteni ümumi uzunluğu 34,56 kilometr olan 2 xətt üzərindəki 23 stansiyadan və 266 vahidlik vaqon parkından ibarətdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında