Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu keçirilmişdirb

Noyabrın 8-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir. 
AzərTAc xəbər verir ki, Plenumda "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında" məsələ geniş müzakirə olunmuş, təhlillər aparılmışdır.
Ali Məhkəmənin sədri Ramiz Rzayev Plenum iclasını açaraq demişdir ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinin tərkib hissəsi kimi əhalinin sağlamlığının qorunmasına xüsusi önəm verilən ölkəmizdə tibbi yardımın səviyyəsinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, qanunvericilik bazası təkmilləşdirilir, dünya standartlarına uyğun qanunlar qəbul edilir.
Bildirilmişdir ki, Azərbaycan Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Bu hüquq "Ümumdünya insan hüquqları" Bəyannaməsinin, "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq paktın müvafiq maddələrində təsbit edilmişdir. Azərbaycan 1997-ci ildən "Psixi pozuntulardan əziyyət çəkən şəxslərin məcburi müalicəsinin keçirilməsi üçün verilməsi haqqında" Beynəlxalq Konvensiyaya qoşulmuşdur.
Cinayət qanunvericiliyində cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş, cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan və cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi nəzərdə tutulmuşdur. Həmçinin həbs edilmiş vətəndaşların büdcə vəsaiti hesabına ambulatoriya və stasionar şəraitində tibbi yardım almaq hüquqları vardır.
Qeyd olunmuşdur ki, araşdırmalar zamanı məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə qanunvericilik normalarına əsasən əməl edilsə də, bəzi qanun pozuntularına da yol verilməsi müəyyən edilmişdir.
Plenum tibbi xarakterli məcburi tədbirlərin məhkəmələr tərəfindən düzgün tətbiq olunmasını, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün müvafiq qərar qəbul etmişdir.
Plenum "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında" məsələnin müzakirəsi zamanı şərh olunanlara əsasən Azərbaycan Respublikası Cinayət və Cinayət -Prosessual Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsini də qərara almışdır.
Plenumda həmçinin konkret cinayət və mülki işlərə baxılmışdır.
Plenumun işində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Baş prokuror Zakir Qaralov, səhiyyə naziri Oqtay Şirəliyev iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında