Nəsimi rayonunda Dövlət Bayrağı Günü qeyd edilmişdir

Nəsimi rayonunda Dövlət Bayrağı Günü ilə əlaqədar "dəyirmi masa" keçirilmişdir. 
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq hamını bayram münasibətilə təbrik etmiş və bu əlamətdar günün əhəmiyyətindən danışmışdır. Natiq bildirmişdir ki, hər bir xalqın qürur mənbəyi və iftixarı, hər bir dövlətin müstəqilliyinin əsas atributlarından və simvollarından olan bayraq Azərbaycan xalqı üçün də müqəddəsdir. Başımız üzərində dalğalanan üçrəngli bayrağımız ilk dəfə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı kimi təsdiqlənmişdir.
Hələ SSRİ dövründə, 1990-cı il noyabrın 17-də milli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət bayrağı kimi tanınması barədə vəsatət qaldırmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti həmin vəsatətə baxmış və bu bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması haqqında qərar çıxarmışdır.
Prezident cənab İlham Əliyev 2007-il noyabrın 17-də "Dövlət Bayrağı Meydanının yaradılması barədə", 2009-cu il noyabrın 17-də isə "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" sərəncamlar imzalamışdır. Dövlət Bayrağı Gününün təsis edilməsi Azərbaycan Prezidentinin müstəqilliyimizə, dövlətimizin atributlarına verdiyi dəyərin bariz nümunəsidir. 2010-cu il sentyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanının açılışı olmuşdur. Burada 162 metr hündürlükdə xalqımızın qürur mənbəyi və müstəqilliyimizin simvolu olan milli bayrağımız əzəmətlə dalğalanır.
Sonra "Azərbaycan Respublikasının Dövlət Bayrağı" kitabının müəlliflərindən biri, Nəsimi Rayon İcra Hakimiyyəti aparatının aparıcı məsləhətçisi Vüqar Məmmədov məruzə ilə çıxış etdi. O, Azərbaycanın müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən olan bayrağımız barədə, Azərbaycanda mövcud olmuş dövlətlərin bayraqlarının tarixindən ətraflı danışmışdır. Natiq Azərbaycanda Dövlət Bayrağı Gününün təntənə ilə qeyd edilməsinin həm də gənc nəsildə vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət etdiyini vurğulamışdır.
Sonra çıxışlar olmuşdur. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev tədbirə yekun vuraraq bildirmişdir ki, Azərbaycan xalqı müqəddəs rəmzimiz olan üçrəngli bayrağımızın tezliklə doğma Qarabağımızda dalğalanacağına əmindir.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında