Azərbaycan BVF ilə əməkdaşlığa böyük əhəmiyyət verir

Noyabrın 8-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Bakıda səfərdə olan ölkəmiz üzrə missiyasının yeni rəhbəri Raca Əl Marzuqinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə ölkəmizdəki son makroiqtisadi meyllər və perspektivləri qeyri-neft sektorunun inkişafı, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, Azərbaycanın da iştirak etdiyi regional və beynəlxalq layihələr, 2012-ci il dövlət büdcəsinin icrası, 2013-cü il dövlət və icmal büdcələrinin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin digər məsələlər müzakirə olunmuşdur.
Nazir S.Şərifov Azərbaycanın BVF ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayaraq ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf proqramlarına qurumun böyük töhfə verdiyini demişdir.
Azərbaycanda müşahidə olunan makroiqtisadi və maliyyə sabitliyi barədə danışan Raca Əl Marzuqi qeyri-neft gəlirlərinin artırılması, dövlət xərclərinin səmərəliliyinin yüksəldilməsi və özəl qeyri-neft sektorunun davamlı inkişafı sahəsində əldə olunan nailiyyətləri müsbət qiymətləndirmişdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında