Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Fransanın Konyak şəhərində keçirilən Azərbaycan günləri ilə bağlı tədbir yerli mətbuatda geniş işıqlandırılmışdır

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Fransanın Konyak şəhərində keçirilən Azərbaycan günləri ilə bağlı tədbirlər yerli mətbuat səhifələrində geniş işıqlandırılmışdır. "Cənub-Qərb" ("Sud-ouest") və "Azad Şarant" ("Charente libre") qəzetlərinin 5 noyabr tarixli nömrələrində şəhərin incəsənət və tarix muzeyində Azərbaycanın tarixini, mədəniyyətini və incəsənətini əks etdirən zəngin eksponatların nümayiş etdirildiyi sərginin yerli sakinlər arasında böyük maraq doğurduğu vurğulanmışdır. Sərgidən bəhs edən yazılarda Azərbaycan xalçalarının diqqəti daha çox cəlb etdiyi bildirilmişdir. 
"Cənub-Qərb" qəzetində Konyak şəhərinin meri Mişel Gurinşahın cari il oktyabr ayının əvvəllərində Azərbaycana səfəri, Gəncədə keçirilən şərabçılıq festivalında iştirakı, bu səfərdən aldığı unudulmaz təəssürat barədə fransız oxucularına ətraflı məlumat verilmişdir.
"Azad Şarant" qəzetində səfir Elçin Əmirbəyovun şəhərin bələdiyyə idarəsinin başçısı Mişel Gurinşah tərəfindən qəbul edilməsindən söhbət açılmışdır. Görüşdə Fransa ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafından bəhs olunmuşdur.
"Cənub-Qərb" qəzetinin 6 noyabr tarixli nömrəsində Konyak şəhərində ölkəmizlə bağlı keçirilən tədbirlərdən bəhs edən yazı "Məftunedici mərasim" sərlövhəsi altında dərc olunmuşdur. Məqalədə qeyd olunur ki, keçmiş Sovetlər birliyinin respublikalarından biri olan və onun süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycan Asiya ilə Avropanın sərhədində yerləşən bir ölkədir. Şəhərin incəsənət və tarix muzeyində nümayiş etdirilən Azərbaycan mədəniyyəti, musiqisi və xalça nümunələri bu ölkənin qədim və zəngin tarixindən xəbər verməklə yanaşı, Azərbaycanla ilk dəfə tanış olan konyaklıların böyük marağına səbəb olmuş, onlar Qafqazın yeraltı sərvətləri, həm də mədəni irsi ilə zəngin bu ölkəsi haqqında ətraflı təsəvvür əldə etmişlər. Caz və muğam musiqisinin ifa edildiyi konsert də konyaklıların Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmalarında mühüm rol oynamışdır. Gənc cazmenin ifaçılıq qabiliyyəti fransız tamaşaçıları heyrətə salmışdır. Onlar cazmenin hər çıxışını sürəkli alqışlarla qarşılamışlar.
Məqalədə şəhər merinin Azərbaycana səfəri, Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərində keçirdiyi görüşlər barədə məlumatlar da yer almışdır.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında