Qazma işləri intensivləşir

Ölkəmizdə neft hasilatının sabit saxlanması, həmçinin qaz istehsalının artırılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə qazma işlərinə diqqət getdikcə artırılır. Cari ilin əvvəllərindən etibarən bu sahədə yüksək nailiyyətlər qazanan qazmaçılar ötən ayı da uğurlu nəticələrlə başa çatdırmışlar.
Hesabat dövrü ərzində müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla Dövlət Neft Şirkəti üzrə 8216 metr qazma işi həyata keçirmişdir. Bu sahədə görülmüş işlərin 8193 metri istismara aid olmuşdur. Bütövlükdə isə yanvar-oktyabr aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 115 min 804 metr qazma işi görülmüşdür ki, bunun da 110 min 329 metri istismara, 5475 metri isə kəşfiyyata aid olmuşdur.
Yeri gəlmişkən, ARDNŞ-in Kompleks Qazma İşləri Trestinin "Abşeron" Qazma İşləri İdarəsi "Qaradağ" yatağında, yeraltı qaz anbarı sahəsində 479 saylı quyunun qazıntısına başlamışdır. Məhsuldar qatın 8-ci horizontuna qazılan həmin quyunun layihə dərinliyi 4 min metrdir. Bundan əlavə, idarə tərəfindən bu yaxınlarda "Qalmaz" yatağında daha bir qaz quyusunun qazıntısına start verilmişdir. Yeraltı qaz anbarının yerləşdiyi sahədə qazılan 638 saylı quyunun layihə dərinliyi isə 1880 metrdir. Quyu məhsuldar qatın 2-ci horizontuna qazılır. Xatırladaq ki, hər iki quyunun sifarişçisi "Azneft" İstehsalat Birliyinin Qaz Anbarları İdarəsidir

{nl}

M. YAQUBZADƏ,"Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında