Azərbaycan ilə İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev noyabrın 6-dan İtaliya Respublikasında rəsmi səfərdədir.
Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, general-polkovnik Səfər Əbiyevin İtaliya Respublikasının müdafiə naziri admiral Campaola Di Paola ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibli görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə İtaliya respublikaları arasında hərbi əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunmuşdur.
İyirmi ildir Azərbaycan torpaqlarının erməni işğalı altında olduğunu, nəticədə bir milyon insanın öz yurd-yuvasından qaçqın düşdüyünü və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdıran nazir Səfər Əbiyev bildirmişdir ki, münaqişənin sülh yolu ilə həll edilməsində ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir. Ona görə də biz bu məsələnin üzərində ciddi düşünürük və Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün nə lazımdırsa edəcəkdir.
Görüşün sonunda Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır.
Noyabrın 7-də isə Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyev müdafiə sənayesi obyektlərinə baş çəkəcək və İtaliya istehsalı olan silah və texnika ilə tanış olacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında