BMT Baş Məclisində Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin beynəlxalq təhlükəsizliyə təhdid yaratdığı bildirilmişdir

Noyabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 67-ci sessiyası çərçivəsində sosial, humanitar və mədəniyyət məsələləri üzrə komitədə gündəliyin "Xalqların öz müqəddəratını təyinetmə hüququ" adlı bəndi üzrə müzakirələr keçilmişdir.
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, ölkəmizin adından edilmiş çıxışda ümumi məqamlar və normativ əsaslarla yanaşı, xalqların öz müqəddəratını təyinetmə hüququnun qeyri-düzgün və kobud şərhi hallarına rast gəlindiyi söylənmişdir. Bunun bariz nümunəsi kimi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktı, rəsmi Yerevanın gücdən istifadə etmək və etnik təmizləmə siyasətini həyata keçirməsinə bəraət qazandırmaq üçün xalqların öz müqəddəratını təyinetmə hüququna istinad etməsinin qəbuledilməzliyi bildirilmişdir. Bu cür mövqenin beynəlxalq hüquqa və problemin həlli üzrə davam edən siyasi danışıqlar prosesinə zidd olması diqqətə çatdırılmışdır.
Üzv dövlətlərin çıxış edən nümayəndələri sırasında xalqların öz müqəddəratını təyinetmə hüququnu birtərəfli qaydada dövlətdən ayrılma kimi şərh edən yeganə dövlət bu dəfə də Ermənistan olmuşdur. Ermənistanın BMT yanında daimi nümayəndəsi ölkəsinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa qarşı açıq-aşkar hörmətsiz yanaşmasını bir daha nümayiş etdirmişdir. Bu cür qeyri-konstruktiv və məntiqsiz mövqe iclasda iştirak edən bir çox üzv dövlətlərin nümayəndələrinin əsaslı narazılığına səbəb olmuşdur. Məhz bu səbəbdən və Azərbaycan tərəfinin cavab çıxışında rəsmi Yerevanın uydurmalarının ifşa olunacağını başa düşən Ermənistanın səfiri iclas zalını dərhal tərk etmişdir.
Azərbaycan tərəfinin cavab çıxışında müharibənin başlamasına görə məhz Ermənistanın məsuliyyət daşıdığı, müharibə zamanı rəsmi Yerevanın beynəlxalq cinayətlər törətdiyi və bu faktların əsaslı dəlillərlə sübuta yetirildiyi diqqətə çatdırılmışdır. Həmçinin Ermənistanın iddia etdiyi "öz müqəddəratını təyinetmə hüququ"nun BMT Təhlükəsizlik Şurası və Baş Məclisi, eləcə də digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı güc tətbiq etmək kimi qiymətləndirildiyi xüsusilə vurğulanmışdır.
Ermənistanın yürütdüyü siyasətin regional və beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratdığını deyən Azərbaycan nümayəndəsi rəsmi Yerevanın ölkəmizin ərazilərinin işğalına, eləcə də etnik ədavətə və qonşu ölkələrə qarşı ərazi iddialarına son qoyacağına məcbur olacağını bildirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında