Bakıda II Respublika Bayraq Festivalı keçirilmişdir

Noyabrın 7-də Bakı İdman Sarayında Gənclər və İdman Nazirliyinin (GİN) təşkilatçılığı ilə II Respublika Bayraq Festivalı keçirilmişdir. 
AzərTAc xəbər verir ki, festival Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" 2009-cu il 17 noyabr tarixli Sərəncamına və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən təşkil edilmişdir.
Tədbirdə dövlət rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, tələbələr, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların zabit və əsgərləri, gənclər təşkilatlarının üzvləri iştirak etmişlər.
Festival Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur.
Sonra tədbir iştirakçılarına Azərbaycan Respublikası bayrağının tarixi haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, hər zaman başımızın üzərində dalğalanan üçrəngli bayraq ilk dəfə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı kimi təsdiqlənmişdir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbir iştirakçılarını 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik etmişdir. Nazir müavini Bakı şəhərindəki Dövlət Bayrağı Meydanının ölkəmizə gələn xarici qonaqların hər zaman diqqətini cəlb etdiyini bildirmişdir.
Festival çərçivəsində keçirilmiş gənc rəssamların müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
Tədbirdə tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunmuşdur.
Festivalın sonunda tədbir iştirakçılarının müşayiəti ilə Bakı İdman Sarayının yaxınlığında şarlardan düzəldilmiş rəmzi bayraq maketi havaya buraxılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında