Türkiyə və Azərbaycan arasında dini-mənəvi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunmuşdur

Noyabrın 7-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun ilə görüşmüşdür.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) AzərTAc-a bildirmişlər ki, görüşdə Şeyxülislam Allahşükür Paşazadə yeni təyin olunmuş səfirə gələcək fəaliyyətində uğurlar diləmiş, diplomatın qardaş ölkələrimiz və xalqlarımız arasında mövcud yüksək səviyyəli əlaqələrin, o cümlədən dini-mənəvi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirmişdir.
Səfir İsmail Alper Coşkun QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin qardaş xalqlarımız arasında mənəvi əlaqələrin genişlənməsi istiqamətində səylərini yüksək dəyərləndirdiyini, Qafqazın dini liderinin bölgədə sülh və əmin-amanlığın bərqərar olması işinə verdiyi şəxsi töhfənin, qarşılıqlı anlaşma yönündə fəaliyyətinin böyük əhəmiyyət daşıdığını xüsusi vurğulamışdır.
Səfir QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin Avrasiya Forumunun noyabr ayında keçiriləcək növbəti toplantısına dəvət edilməsinin önəmli olduğunu, QMİ sədrinin bu və digər tədbirlər çərçivəsində qardaş dövlətə səfərlərinin dini-mənəvi münasibətlərimizin daha da dərinləşməsi baxımından qarşılıqlı əhəmiyyət kəsb etdiyini vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında