Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Bursada keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan stendi təşkil etmişdir

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Bursada keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan stendi təşkil etmişdir. 
Bursa Uludağ Universitetinin Mete Cengiz Mədəniyyət Mərkəzində Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi, Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi, Türkiyə Nazirlər Kabineti İctimai Diplomatiya Koordinatorluğu və Mətbuat, İnformasiya Baş İdarəsi, Türk Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA) və Bursa valiliyinin dəstəyi ilə "Türkiyənin qonşularla əlaqələri" mövzusunda keçirilən konfransda Yaxın Şərq və ərəb ölkələrində baş verən proseslərlə bağlı məruzələr təqdim olunur.
Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin konfrans zalının geniş foyesində təşkil etdiyi stend müxtəlif ölkələrdən gəlmiş alimlərin böyük marağına səbəb olmuşdur. Burada fondun ölkəmiz, xüsusilə Qarabağ həqiqətləri, Xocalı soyqırımı haqqında nəşr etdirdiyi kitablar, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan və dünyanın müxtəlif ölkələrində görülmüş xeyriyyə işləri barədə məlumatlar, mədəni irsimizin, o cümlədən xalçaçılıq sənəti və ecazkar muğamımızın dünyada tanıdılmasına dair eksponatlar nümayiş olunur.

{nl}

Beynəlxalq konfrans noyabrın 8-də öz işini davam etdirəcəkdir. 
Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında