GoMap.az elektron xəritəsinin mobil versiyası yaradılmışdır

GoMap.az elektron xəritəsinin Apple, Samsung, Nokia, Blackberry, LG, HTC və sair bu kimi dünyanın aparıcı smartfon istehsalçılarının smartfonları üçün nəzərdə tutulan mobil versiyası yaradılmışdır. Mobil versiya 6-9 noyabr tarixlərində Bakı Expo Mərkəzində keçiriləcək "BakuTel-2012" 18-ci Azərbaycan Beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları" sərgisində təqdim olunacaq. 
Mobil versiyada smartfon istifadəçilərinin rahatlığı üçün bir sıra əlavə servis və xidmətlər mövcuddur. Belə ki, mobil versiyada istifadəçinin olduğu yerin təyin edilməsi, istifadəçinin olduğu yerə yaxın olan obyektlərin kateqirayalar üzrə axtarılması, gomap.az xəritəsinə yeni obyektlərin əlavə olunması və s. bu kimi imkanlar təqdim edilir. Elektron xəritənin mobil versiyasında Bakı və Sumqayıt şəhərlərinin ictimai nəqliyyat xətlərinə giriş imkanı da mövcuddur.
Qeyd edək ki, hazırda GoMap.az Azərbaycan və Gürcüstanın ərazilərini əhatə edir və dünyada mövcud olan analoqlar arasında bu ölkələr üzrə ən ətraflı xəritədir. Hazırda GoMap.az xəritəsinə 8000-dən çox yaşayış məntəqəsini (onlardan ünvanlı məlumatlarla 80 şəhər və qəsəbə), 5000-dən çox mədəni-tarixi abidəni, 900 000-dən çox bina və tikililəri, 112000 obyekti, 48 000 kilometr yolu (yol hərəkət qaydaları və yol nişanları daxil olmaqla) və s. daxildir.
GoMap.az xəritəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında "bulud" texnologiyaları bazasında bu günə kimi yaradılmış ilk resurslardan biridir. Hazırda GoMap.az servisləri "bulud" texnologiyaları bazasında təqdim edilir ki, bu da resursların səmərəliliyini dəfələrlə artırır.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında