Bakıda Qara dəniz hövzəsi ölkələrinin Gəmi Sahibkarları Beynəlxalq Assosiasiya Şurasının XVI iclası keçirilmişdir

Noyabrın 6-da Bakıda Qara dəniz hövzəsi ölkələrinin Gəmi Sahibkarları Beynəlxalq Assosiasiya (BİNSA) Şurasının XVI iclası keçirilmişdir. Yaxt Klubda keçirilən iclası açan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi, BİNSA-nın prezidenti Aydın Bəşirov son illər ölkəmizin həyatında baş verən müsbət dəyişikliklərdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sosial-iqtisadi sahədə əldə olunan uğurlardan danışmışdır.
BİNSA-nın Qara və Xəzər dənizləri hövzələrində böyük rol oynadığını vurğulayan A.Bəşirov Azərbaycanın tranzit potensialını diqqətə çatdırmış və Dövlət Xəzər Dəniz Gəmiçiliyinin bu istiqamətdə lazımi addımlar atdığını qeyd etmişdir. O bildirmişdir ki, Gəmiçiliyin sifarişi ilə Xorvatiyada tikilən gəmi-bərələr məhz Böyük İpək Yolunda istismar ediləcəkdir ki, bu da bizə tranzit yük daşımalarının həcmini daha da artırmağa imkan verəcəkdir.
Çıxış edənlər beynəlxalq dəniz və iqtisadi əməkdaşlıq təşkilatları ilə yaradılan əlaqələrin müsbət nəticələr verdiyini qeyd etmiş, qarşıda duran məsələlər barədə müzakirələr aparmışlar.
İclasda BİNSA şurasının əvvəlki toplantısından sonrakı dövrdə görülmüş işlər, Assosiasiyanın maliyyələşdirilməsi, strukturu və tərkibi, gələcəkdə görüləcək işlər və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov növbəti dəfə BİNSA-nın prezidenti vəzifəsinə seçilmişdir.
Sonda Şura iclasının yekun bəyannaməsi imzalanmışdır.
İclasda Azərbaycan, Türkiyə, Gürcüstan, Fransa və Ukraynanın dəniz administrasiyalarının nümayəndələri iştirak etmişlər.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında