Bakıətrafı qəsəbələrin su təchizatı şəbəkələri yenidən qurulur

Bakı şəhərinin və Bakı şəhərinin və ətraf yaşayış məntəqələrinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirlər davam etdirilir. Xatırladaq ki, ölkə Prezidentiətraf yaşayış məntəqələrinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirlər davam etdirilir. Xatırladaq ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda bununla bağlı konkret tədbirlər nəzərdə tutulmuşdur. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin tədbirlərin icrası getdikcə sürətlələndirilir.
Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində də bu istiqamətdə geniş miqyaslı tədbirlər həyata keçirilir. "Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, qəsəbənin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə hazırda 11 kilometr uzunluğunda magistral su xəttinin çəkilişi davam etdirilir. Bundan əlavə, paytaxtın ən iri yaşayış məntəqələrindən sayılan Binə qəsəbəsində kanalizasiya sistemi də yenidən qurulur. Bu məqsədlə 6 kilometr uzunluğunda kanalizasiya kollektoru tikilir. Həmin işlərin cari ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulur.
Növbəti mərhələlərdə Binə qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsi yaradılacaq, hər bir ev üçün qoşulma veriləcək və sayğac quraşdırılacaq. Layihəyə uyğun olaraq Binə qəsəbəsində müxtəlif diametrli borularla 320 kilometr uzunluğunda qəsəbədaxili içməli su xətti, 296 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək. Qəsəbənin normal su təchizatını təmin etmək məqsədilə hər birinin tutumu 10 min kubmetr olan iki ədəd su anbarının tikilməsi də nəzərdə tutulur. Bu anbarlardan qəsəbəyə içməli suyun verilməsi özüaxımlı rejimdə həyata keçiriləcək.
Qeyd edək ki, qəsəbəyə içməli su tikintisi davam edən Ceyranbatan-Balaxanı-Ramana-Zirə kəmərindən veriləcək. Layihənin icrası başa çatdıqdan sonra Binə qəsəbəsinin 70 mindən artıq sakini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq. Qəsəbədə yaranan tullantı suları toplanaraq təmizlənmək üçün çirkab sutəmizləyici qurğuya ötürüləcək.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında